"İnter"ə qalib gəlməliyik" – "Hafnarfyordur"un baş məşqçisi

14:34 16 İyul 2015

"İnter" yaxşı rəqibdir. Mərhələ keçmək üçün hər iki görüşdə yaxşı oynamalıyıq".

Sportarena.az xəbər verir ki,bu sözləri "Hafnarfyordur"un baş məşqçisi Heymir Qudyonson Avropa Liqasının II təsnifat mərhələsində bu gün qarşılaşacaqları "İnter"lə ilk oyunöncəsi keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis "İnter"in Avropa Liqasında daha öncəki oyunlarını izlədiyini bildirib: "İnter"in "Laçi" ilə oyunlarının videoyazılarını izlədim. İlk oyunla ikinci görüş arasında böyük fərq var idi. Azərbaycan klubu ikinci matçda daha yaxşı oynadı. Onların ötən mövsüm "Elfsborq"la görüşlərini də təhlil etdim. "İnter"də səfərdə üstün oynadı və 1:0 hesabı ilə qalib gəldi. Lakin İsveç təmsilçisi cavab görüşündə məğlubiyyətin əvəzini çıxdı və penaltilərdə qalib gələrək mərhələ adladı. "İnter"lə ilk oyunu öz meydanımızda keçirəcəyik. Cavab matçına rahat getməyimiz üçün bu görüşdən mütləq qalib ayrılmalıyıq".


Digər xəbərlər

Xəbər xətti