"Qəbələ" və "İnter"in potensial rəqibləri müəyyən olundu - YENİLƏNDİ

16:19 17 İyul 2015

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin Püşkatma mərasimi baş tutub.

Sportarena.az xəbər verir ki, klublarımızdan "İnter" və "Qəbələ" qalib gələrsə növbəti mərhələdəki potensial rəqibləri bilinib. Hər iki klubumuz səpələnməmişlər səbətində yer tutub. 

Qəbələ” "Çukariçki" səddini keçə bilsə, "Apollon" (Kipr) - "Trakay" (Litva)  cütünün qalibi ilə üz-üzə gələcək.


“İnter” isə səfərdə 2:1 hesabı ilə qalib gəldiyi "Hafnarfyordur"u keçsə,  III təsnifat mərhələsində İspaniyanın “Atletik” (Bilbao) klubu ilə qarşılaşacaq.

 


Xəbər xətti