"Azərbaycanda baş tutacaq cavab matçı çətin olacaq" - Vladan Miloyeviç

10:39 17 İyul 2015

"Yaxşı oyun keçdi. İstəyimiz qalib gəlmək idi ki, buna da nail olduq. Rəqib komandadan üstün oynadıq və daha çox qol vurmalı idik".

Sportarena.az Serbiya mətbuatına nəzərən xəbər verir ki, bu sözləri "Çukariçki" klubunun baş məşqçisi Vladan Miloyeviç  "Qəbələ" ilə oyunda qalib gəldikdən sonra vurğulayıb.

Serb məşqçi "Qəbələ"dən fərqli oyun gözlədiklərini söyləyib:
"Azərbaycanda baş tutacaq cavab matçı çətin olacaq. Vətənində "Qəbələ"dən fərqli oyun gözləyirik. Şanslar hələ də bərabərdir. Cavab matçında da sərfəli nəticə qazanaraq mərhələ keçmək niyyətindəyik. Bunun üçün cavab görüşündə daha yaxşı oynamalıyıq".

 

Nəzərinizə çatdıraq ki, cavab qarşılaşması iyulun 23-də Bakıda keçiriləcək.


Xəbər xətti