"İkinci hissədə fərqli oynamaq istədik" - Roman Qriqorçuk

10:41 17 İyul 2015

"Biz oyun üslubumuza əsasən topa nəzarət etmək istəyirdik. Amma ötürmələr zamanı çox top itirirdik. Bunun alınmadığını görüb, ikinci hissədə fərqli oynamaq istədik. Hava ötürmələri ilə oynamağa çalışdıq. Rəqib bu oyunda topalmaqda, aqressivlikdə güclü idi”.


Sportarena.az xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk “Çukariçki” ilə oyundan sonra bildirib.

Ukraynalı mütəxəssis daha sonra “Çukariçki” ni təbrik edib: “Çukariçki"ni, həmkarımı qalibiyyət münasibətilə təbrik edirəm. Oyunumuzu təhlil etmək çətindir". 


Digər xəbərlər

Xəbər xətti