"Cavab oyunu ağır olacaq" - "İnter"in baş məşqçisi

11:15 17 İyul 2015

Bakı təmsilçisi “İnter”ni klubunun baş məşqçisi Zaur Svanadze Avro Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə İslandiyanın “Hafnarfyordur” klubuna 2:1 hesabı ilə qalib gəldikləri matçı şərh edib.

Sportarena.az Futbolxeber.az-a istinadən xəbər verir ki, gürcü mütəxəssis deyib:

“Qalib gəlməyimiz yaxşı oldu. Səfərdən qələbə ilə qayıtdığımız üçün sevinirəm. Amma cavab oyunu ağır olacaq.Lazımi nəticəni qazanmaq üçün yaxxşı hazırlaşmalıyıq. Ələ düşən imkanları qiymətləndirməyə çalışmalıyıq”.


Xəbər xətti