"İnter"lə oyunumuz hələ bitməyib" - Qudyonsson

12:15 17 İyul 2015

"Məğlubiyyətə baxmayaraq, futbolçularıma minnətdaram. Onlar azlıqda qalanda da əzmlə mübarizə apardı. Qırmızı vərəqənin  göstərilməsinə gəlincə, düşünürəm ki, hakim tam ədalətli qərar verdi. Ancaq ümumilikdə hakimlik heç də yaxşı deyildi. Amma, mən bu haqda danışmağı sevmirəm. Amma düzgün oldu-olmadı oyunu saxlaması matçın axarını ləngidirdi. İsveçli hakimdən bundan başqa heçnə gözləmirdim də. “İnter”lə oyunumuz hələ bitməyib, Bakıda cavab qarşılaşması da var".

   

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Hafnarfyordur" klubunun baş məşqçisi Heymir Qudyonsson aöyləyib.

Təcrübəli mütəxəssis daha sonra vurğulayıb ki, "Matçın birinci hissəsində yaxşı oynadıq. Ümumiyyətlə fasiləyədək hər şey yaxşı idi. Amma növbəti hissə başlayan kimi səhvlərə yol verdik ".


Digər xəbərlər

Xəbər xətti