"Qol epizodumuz daha çox olsa, onlardan yalnız birindən istifadə edə bildik" - Brezançiç

15:53 17 İyul 2015

“Hücumda kəsərli olsaq da, son nöqtəni qoymaqda çətinlik çəkirik. “Domjale” ilə matçda da bu problem hiss olundu. Məncə,bu problemin aradan qalxması üçün müəyyən zamana ehtiyacımız var. İlk hissədə qol vurmaq imkanımız var idi. Yerinə yetirdiyim cərimə zərbəsinin qolla tamamlanacağına əmin idim, Lakin, bu nəsib olmadı”.

Sportarena.az Serbiya mətbuatına nəzərən xəbər verir ki, bu sözləri Avropa Liqasının II təsnifat mərhələsinin “Qəbələ” ilə ilk oyunundan 1:0 hesablı qalibiyyətdən sonra Serbiya “Çukariçki” klubunun kapitanı Rayko Brezançiç söyləyib.

“Qəbələ”nin qapısına daha çox qol vurmaq imkanlarının olduğunu deyən müdafiəçi bunları əlavə edib: “Düşünürəm ki, fantastik oyun nümayiş etdirdik. Hava şəraiti normal deyildi. Ancaq hər iki komanda eyni şərtlər altında oynayırdı. Bizim qol epizodumuz daha çox olsa, onlardan yalnız birindən istifadə edə bildik. Yaxşı ki, qapımızdan qol buraxmadıq”.


Xəbər xətti