İspaniya millisi Avropa çempionu oldu - VİDEO

10:45 20 İyul 2015

U-19 milliləri arasında təşkil olunan Avropa çempionatında yeni çempion bəlli olub.

Sportarena.az xəbər verir ki, Finalda İspaniya və Rusiya milliləri üz-üzə gəlib.

Matçda İspaniya millisi Mayoral və Nahuelin qolları sayəsində 2:0 hesabı ilə qalib gələrək yeni Avropa çempionu tituluna yiyələnib.

Nəzərinizə çatdıraq ki, Rusiya milli komandasının heyətində əslən azərbaycanlı olan Ramil Şeydayev və Ayaz Quliyev əvəzedilmədən meydanda olublar.
 

19 iyul

Avropa çempionatı, final

İspaniya - Rusiya - 2:0
Qollar: Mayoral, 39 (1:0), Nahuel, 78 (2:0)


 


Digər xəbərlər

Xəbər xətti