"Qarabağ" ölkəni tərk edir

14:40 20 İyul 2015

Çempionlar Liqası ikinci təsnifat mərhələsindəki cavab qarşılaşması üçün "Qarabağ" bu gün Monteneqroya yollanır.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Rudar"la cavab oyununa çıxacaq Ağdam təmsilçisi Bakı – Podqoritsa reysiylə hərəkət edəcək. "Qarabağ"ın Bakı vaxtıyla 23:00-da Monteneqroda olması ehtimal olunur.

 

Sabah komanda oyunöncəsi sonuncu məşqinə çıxacaq. Bundan 15 dəqiqə öncə isə baş məşqçi Qurban Qurbanov  jurnalıstlərin suallarına aydınlıq gətirəcək.

 

Qeyd edək ki, "Rudar" - "Qarabağ" oyunu 22 İyul saat 23:45-də (Azərbaycan vaxtı) keçiriləcək.   


Digər xəbərlər

Xəbər xətti