"Yaxşı komandamız var" - "Çukariçki"nin hücumçusu

16:09 20 İyul 2015

"Yay fasiləsində təlim-məşq toplanışında yaxşı hazırlıq keçmişik. Bunun nəticəsini indi görürük. Həm öz çempionatımızda, həm də Avropada Liqasında nəyə qadir olduğumuzu sübut etməyə çalışırıq. Hazırda əla formadayıq. Yaxşı komandamız var  Çempionatda rəqiblə görüşdə kompakt oyun sərgilədik. Vurduğum 3-cü qol isə praktiki olaraq, qələbəmizi rəsmiləşdirdi. Anlayırıq ki, bununla kifayətlənməməliyik. Hələ yolun əvvəlindəyik. Görüləsi çox şey var”.


Sportarena.az xəbər verir ki, bu sözləri Avropa Liqasının ikinci təsnifat mərhələsində təmsilçimiz "Qəbələ” klubunun rəqibi olan Serbiyanın "Çukariçki” komandasının hücumçusu Serbiya çemponatında rəqibi üzərində böyükhesablı qələbəsindən sonra söyləyib.

Nəzərinizə çatdıraq ki, "Çukariçki" Avroliqanın II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində iyunlun 23-ü Bakıda “Qəbələ” ilə üz-üzə gələcək.


Digər xəbərlər

Xəbər xətti