"İmarət Avropa" azarkeş qrupu BƏYANAT YAYDI

16:25 21 İyul 2015

Xəbər verdiyimiz kimi, "Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah Monteneqroda keçiriəcəkləri "Rudar"la matçda dəstəksiz qalacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə rəsmi açıqlama yayan "İmarət Avropa" bəyanatda bunları qeyd edib:

 

"Bəzi mətbuat orqanlarında “Qarabağ”ın Monteneqroda dəstəksiz qalacağını və guya ki, İsveçdən ora yol uzun olduğundan bizim bu oyuna getməyi düşünmədiyimiz kimi yazılar paylaşıldı. Düzdür azarkeş qrupumuz təəssüflər olsun ki, bu oyunu buraxmalı olacaq, ancaq səbəb yolun uzunluğu deyil bəylər. Səbəb gediş gəliş və otel xərcləri və s.hamısı bir yerdə ortalama adam başına 700-800 AZN-ə başa gəlməsidir. Bizi tanıyan və bilənlərdə bilir ki, biz oyun Afrika qitəsində olsa belə imkan olandan sonra ora da gedib çıxarıq. İndiyə kimi Sundsvallda , Frankfurtda , Valletta da , Salzburgda , Milanda , Kievdə, "Sent-Etyen"lə matçda da birtəhər öz hesabımıza gedib dəstək olmuşuq . Çox xahiş edirik ki, qələm əhli bunları da yazsın və yol uzaqdı deyə getməyi düşünmürlər kimi ifadəni bizə aid etməsinlər".


Xəbər xətti