Öncə Qriqorçuk, daha sonra Miloyeviç

19:00 21 İyul 2015

İyulun 23-ü Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda "Qəbələ" Serbiyanın "Çukariçki" klubunu qəbul edəcək.

Sportarena.az xəbər verir ki,"Bakcell Arena"da baş tutacaq "Qəbələ" - "Çukariçki" matçı öncəsi baş məşqçilərin mətbuat konfransı sabah - iyulun 22-si 19:30-da areanın media zalında start götürəcək. İlk olaraq jurnalistlərin önünə "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq, 20:30-da isə "Çukariçki"nin çalışdırıcısı Vladan Miloyeviç media nümayəndələrinin suallarını cavablandıracaq.


Xəbər xətti