"Komandamız yaxşı nəticə üçün meydana çıxacaq” - Qurban Qurbanov

02:53 22 İyul 2015

Çempionlar liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Rudar” – “Qarabağ” oyunu öncəsi mətbuat konfransları baş tutub. 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki,“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün keçiriləcək oyun haqqında fikirlərini bildirib. Səfərə yaxşı nəticə üçün yollandıqlarını deyən təcrübəli mütəxəssis görüşün çətin olacağını da qeyd edib:  

“Bizi olduqca çətin oyun gozləyir. Rəqibin açıqlamalarından da məlum olur ki, onlar bu oyuna yaxşı hazırlaşıblar və yaxşı nəticə əldə etmək istəyirlər.Bizi də cox yaxşı motivasiya olunmuş komandaya qarşı oyun gözləyir . Təbii ki, biz bura uduzmağa yox yaxşı nəticə əldə etməyə gəlmişik və komandamız yaxşı nəticə üçün meydana çıxacaq”. 


Digər xəbərlər

Xəbər xətti