Məşhur tennisçi ən çox qazananlar sırasında birincidir - SİYAHI

15:40 25 İyul 2015

Məşhur "Forbes" dərgisi Rusiyanın ən çox qazanan məşhurlarının siyahısını hazırlayıb.

Sportarena.az xəbər verir ki,siyahının birinci yerində məşhur tennisçi xanım Mariya Şarapova dayanıb. Onun illik gəliri 29,7 milyon dollardır. 

Müğənni Filipp Kirkorovun adı da siyahıya daxildir. Onun gəliri 10,4 milyondur.

Ən çox qazanan məşhurlardan biri də Qriqoriy Lepsdir. Onun gəlirinin 12,2 milyon dollar olduğu vurğulanıb. 

İlk onluğa daxil olanlar arasında Aleksandr Oveçkin, Ksebiya Sobçak, Nikita Mixalkov, Yevgeniy Malkin, Nikolay Baskov, Dima Bilan, Polina Qaqarina da yer alıb. 


Xəbər xətti