"Millimiz maraqlı qrupda yer alıb” - Rövnəq Abdullayev

00:47 26 İyul 2015

AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının  "DÇ-2018"in seçmə mərhələsinin püşkündə millimizin yer aldığı qrupu dəyərləndirib.

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, milli komandamızın maraqlı oyunların keçiriləcəyi qrupa düşdüyünü deyib:

"San-Marino yığmasının digər rəqiblərimizlə müqayisədə ən aşağı reytinqə sahib olduğu məlumdur. Şimali İrlandiya yığması ilə ötən seçmə mərhələdə qarşılaşmışıq, Norveç komandası ilə hazırkı seçmə mərhələdə artıq iki oyun keçirmişik və bu komandaları yaxın keçmişin tanış rəqibləri adlandıra bilərik. Çexiya yığması son dövrlərdə çox yüksək nəticələrə nail olmasa da, müxtəlif vaxtlarda bu komandanın mötəbər turnirlərdə gözəl oyunlarını izləmişik. Son dünya çempionatının qalibi olan Almaniya milli komandası barədə hər hansı xüsusi fikir bildirməyə ehtiyac duyulmadığını düşünürəm".

O, millimizin dünya çempionatının seçmə mərhələsində əldə etdiyi nəticələrlə azarkeşləri sevindirəcəyinə ümid etdiyini deyib.


Digər xəbərlər

Xəbər xətti