"Qarabağ" bizim Çempionlar Liqasındakı hədəflərimiz üçün təhlükədi"

16:08 27 İyul 2015

"Seltik"in baş məşqçisi Roni Deyla "Qarabağ"la matç öncəsi maraqlı fikirlər səsləndirib.

Sportarena.az xəbər verir ki,baş məşqçi yerli mətbuata bunları deyib :

"Biz bazar ertəsi və ya çərşənbə axşamı oyunçularımıza "Qarabağ"ın oyunun görüntülərini göstərmək niyyətindəyik. Bu, bizim üçün böyük çağırış olacaq. "Qarabağ" kifayət qədər güclü oyun texnikasına malik komandadır.Heyətində bir neçə braziliyalı və bir ispan oyunçusu olan bu komanda hücum üslubunda oyun nümayiş etdirməyə üstünlük verəcək. Komandanın müdafiəçiləri kifayət qədər aqressivdilər, ona görə də, oyunda müxtəlif taktiki gedişlərdən istifadə olunacaq və matç yüksək tempdə keçəcək. "Qarabağ" bizim Çempionlar Liqasındakı hədəflərimiz üçün təhlükədi".


Xəbər xətti