"Qarabağ" Namiq Ələsgərovu sifariş ərizəsindən çıxartdı

16:19 27 İyul 2015

"Qarabağ" yeni transferi Əfran İsmayılovun adını UEFA-ya təqdim edib.

 

Sportarena.az хəbər verir ki, Ağdam klubu yarımmüdafiəçini Çempionlar Liqasının III təsnifxat mərhələsi üçün sifariş ərizəsinə salıb. Yarımmüdafiəçi sifariş ərizəsinə salınsa da, "Seltik"lə oyuna aparılmayacaq. Lakin Əfranın cavab matçında baş məşqçi şans verəcəyi təqdirdə meydanda olacağı gözlənilir. 

 

Qeyd edək ki,  "Qarabağ" uzun müddətdir zədəli olan Namiq Ələsgərovu sifariş ərizəsindən çıхarıb.


Digər xəbərlər

Xəbər xətti