"Qarabağ" 25 futbolçu sifariş etdi - SİYAHI

18:02 27 İyul 2015

"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacağı "Seltik"lə oyun üçün sifariş ərizəsini UEFA-ya təqdim edib.

 

Sportarena.az xəbər verir ki, Qurban Qurbanov şotlandlarla matçlarda 25 futbolçunun xidmətindən yararlanacaq.

 

"Qarabağ"ın yeni transferi Əfran İsmayılovun da adı "Seltik"lə oyunun iştirak ərizəsinə daxil edilsə də, o  viza ala bilmədiyinə görə Şotlandiyaya aparılmayacaq. 

 

Qapıçılar: 1. Fərhad Vəliyev, 13. İbrahim Şehiç, 94. Halit Oğuzhan

 

Müdafiəçilər: 2. Qara Qarayev, 4. Eltun Yaqublu, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 19. Azər Salahlı, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov

 

Yarımmüdafiəçilər: 6. Vüqar Mustafayev, 7. Namiq Yusifov, 9. Reynaldo, 10. Daniel Kintana Sosa, 11. Elvin Məmmədov, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 67. Alharbi Əl Jadeyaoui, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev

 

Hücumçu: 29. Raydel Pupon


 

Ehtiyat oyunçular: 23. Tural Rzayev, 33. Eltun Turabov,


Xəbər xətti