"Atletik" klubundan HÖRMƏTSİZLİK

12:12 28 İyul 2015

Avropa Liqasının üçüncü təsnifat mərhələsində "İnter"in rəqibi olan İspaniyanın "Atletik" klubunda paytaxt klubunun baş məşqçisini səhv təqdim ediblər.

Sportarena.az xəbər verir ki, klub saytında oyundan əvvəl baş məşqçilərin mətbuat konfranslarının keçiriləcəyinə dair xəbərdə "İnter"in baş məşqçisi kimi sabiq çalışdırıcısı Kaxaber Sxadadzenin adı göstərilib. Halbuki, hazırda Bakı klubunu Sxadadze yox, onu bu postda əvəzləyən Zaur Svanadze çalışdırır.

Qeyd edək ki, "Atletik" - "İnter" matçı iyulun 30-da Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.


Xəbər xətti