"Rəvan" Zaqatalaya yollandı

16:34 28 İyul 2015

Seleksiya xarakterli toplanışı başa vuran “Rəvan” PFK Premyer Liqanın hazırlığını əyalətdə davam etdirəcək. Belə ki, paytaxt təmsilçisi bu gün Zaqatalaya yollanıb.

Sportarena.az xəbər verir ki, Zaqatala Olimpiya Kompleksində məskunlaşacaq “aslanlar” bir həftə sözügedən bölgədə məşq edəcəklər. Təlim-məşq toplanışının gedişində 2 yoxlama matçı da nəzərdə tutulub. Artıq matçlardan birinin keçirilmə vaxtı, yeri və rəqibin kimliyi bəllidir. Avqustun 2-də Tiflisə səfər edəcək “Rəvan” Gürcüstanın yüksək dəstəsində çıxış edən “Saburtalo” klubu ilə qarşılaşacaq.

 

Digər oyunun vaxtı və rəqibin kimliyi yaxın günlərdə dəqiqləşəcək.


Xəbər xətti