Əliyar Ağayev Avropa Liqasında

11:55 29 İyul 2015

FİFA referirimiz Əliyar Ağayev Avropa Liqasının oyunlarına təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, o,  Avropa Liqasında III təsnifat mərhələsinin "Vorskla" (Ukrayna) - "Jilina" (Slovakiya) cavab matçını idarə edəcək. Ona Zeynal Zeynalov və  Rza Məmmədov köməklik edəcək. Rəhim Həsənov isə 4-cü hakim funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, "Vorskla" - "Jilina" oyunu avqustun 6-ı saat 22:00-da başlayacaq.


Xəbər xətti