"Seltik"lilərin "Qarabağ"ı tərifləməsi onların yüksək peşəkarlığından irəli gəlir" - AÇIQLAMA

12:12 29 İyul 2015

"Seltik" böyük tarixi olan klubdur. Onların gücü hər kəsə bəllidir. Özünəməxsus futbol sərgiləyirlər. Hansısa futbolçunun adını çəkməyim düzgün olmazdı. Yetərincə yüksək keyfiyyətli futbolçuları var".

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Seltik"lə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

 

O, Şotlandiya klubunun matçın favoriti olduğunu bildirib:

 

"Amma bu oyunda istənilən nəticə qeydə alına bilər.  "Seltik"lilərin "Qarabağ"ı tərifləməsi onların yüksək peşəkarlığından irəli gəlir. Bizim üçün əlbəttə, bu sözləri eşitmək xoşdur. Amma bu, bizi daha məsuliyyətli olmağa vadar edir. Belə gözəl stadionda, çoxsaylı azarkeşlər önündə oynamaq maraqlı olacaq".

 

Q.Qurbanov futbolçularının hər hansısa təzyiqlə üzləşəcəyinə inanmadığını vurğulayıb:

 

"Onların belə oyunlarda təcrübəsi olduğunu düşünürəm".


Xəbər xətti