"Ağsu" 3 futbolçu ilə müqavilə bağladı

13:45 29 İyul 2015

I Divizion klubu "Ağsu" transfer çalışmalarını davam etdirir.

Sportarena.az xəbər verir ki, bölgə klubu 3 futbolçu ilə müqavilə bağlayıb. Belə ki, "Bakı"dan İsa Cəbiyev, "Turan Tovuz"dan Eyvaz Mərdanov və "Sumqayıt"dan Rəsul Teymurxanlı yeni mövsümdə "Ağsu"da çıxış edəcək. I Divizion təmsilçisi futbolçularla 1 illik müqavilə imzalayıb.


Digər xəbərlər

Xəbər xətti