"Neftçi"də KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

14:00 29 İyul 2015

“Neftçi”də kütləvi zəhərlənmə baş verib.

 

Sportarena.az futbolxeber.az-a istinadən xəbər verir ki, xoşagəlməz hadisə klubun bazasında baş verib. Əvvəllər bazanın işçiləri üçün yeməkləri təcrübəli aşpazlar hazırlayırdı.

 

Onların hazırladıqları yeməklərdən həm komanda üzvləri, həm də bazanın işçiləri qidalanırdı. Lakin Elnur Məmmədovun “Neftçi”yə gəlişindən sonra xüsusi personal işindən ayrılmalı olub. Mətbəxdə baş aşpaz olmaqla bütün heyəti işdən kənarlaşdırıb. Səbəb kimi isə bildirilib ki, bundan sonra bazaya yeməklər kənardan sifarişlə gətiriləcək.

 

Bu da yekunda zəhərlənməyə gətirib çıxarıb. Keyfiyyətsiz qidalardan 20 işçi zəhərlənib. Ən pis durumda olan isə Elnur Məmmədovun köməkçisi Elnur Nağdəliyevdi.


Digər xəbərlər

Xəbər xətti