Azərbaycanlı döyüşçü erməni zabitini bir zərbəyə diz çökdürdü - VİDEO

20:22 29 İyul 2015

5-26 iyul tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən kungq-fu sanda üzrə Qara dəniz kuboku maraqlı anlara səhnə olub.

 

Sportarena.az xəbər verir ki, 80 kq-da Azərbaycanı təmsil edən Babək Əliyev iranlı və gürcü rəqiblərini məğlub edərək finala çıxıb.

 

Finalda Babək erməni ordusunun zabiti Razmik Hopsepyanla qarşılaşıb. Görüşdə erməni  rəqibinə aman verməyən Babək ayaq zərbəsi ilə onu nokauta salıb. Babək öz açıqlamasında bunları qeyd edib:

 

“Bu qələbəni canım vətənim, millətim adına aldığına görə çox sevincliyəm. Qələbəmi bu yaxınlarda şəhid olan əsgər qardaşlarıma həsr edirəm”.

 

Xatırladaq ki, Babək məşhur məşqçi Ruslan Rzayevin yetirməsidir.

 


Digər xəbərlər

Xəbər xətti