"Şadam ki, top buraxmadan bir qol vuraraq qalib gəldik" - "Seltik"in baş məşqçisi

02:39 30 İyul 2015

"Düşünürəm ki, yaxşı oyun alındı. Meydanda iki yaxşı komanda var idi".

Sportarena.az xəbər verir ki, bu sözləri "Seltik"in baş məşqçisi Ronni Deyla Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qalib gəldikləri ilk oyun (1:0) haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis komandasının bir qol vurmaq üçün çox çalışdığını bildirib: "Şadam ki, top buraxmadan bir qol vuraraq qalib gəldik. Qol vurmaq üçün çox çalışdıq. Buna nail olduğumuz üçün xoşbəxtəm".


Digər xəbərlər

Xəbər xətti