"İnter" "Atletik"ə uduzdu- YENİLƏNİB

02:00 31 İyul 2015

Bakının "İnter" klubu bu gün Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində ilk oyununa çıxıb.

Sportarena.az xəbər verir ki, "İnter" Bilbaoda "Atletik" klubunun qonağı olub. Qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.

 

Avropa Liqası, III təsnifat mərhələsinin ilk oyunları

"Atletik" - "İnter"  2-0 

Qol. Eraso,12,49


Xəbər xətti