"Cavab matçında qələbəyə oynayacağıq" - Pedro Emanuel

03:14 31 İyul 2015

"Yaxşı rəqibə qarşı gözəl oyun sərgilədik. Biz 5-ci oyunumuzda top buraxmamağa yaxın idik, amma sonda bundan məhrum olduq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Apollon"un baş məşqçisi Pedro Emanuel Avropa Liqasının III təsnifat mərhələsində "Qəbələ" ilə bərabərə qaldıqları oyundan sonra deyib.

Hakim idarəçiliyindən şikayətlənən portuqaliyalı mütəxəssis hələ heç nəyin bitmədiyini bildirib :

"Bu oyuna daha cəsarətli hakim təyin olunmalı idi. Referi "Qəbələ"nin cavab qolunu vuran futbolçunun ədəbsiz jestini görsə də, onu cəzalandırmadı. Əksinə onlara tərəf qaçaraq aranı sakitləşdirməyə çalışdı. Bununla belə, hələ heç nə bitməyib. Cavab matçında qələbəyə oynayacağıq. Səfərdə yaxşı oynasaq, mərhələni keçəcəyik".


Digər xəbərlər

Xəbər xətti