"Sumqayıt" Ayaz Mehdiyevlə 2 illik müqavilə imzaladı

17:30 31 İyul 2015

"Sumqayıt" heyətini gücləndirməkdə davam edir.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda son olaraq "Giresunspor"da çıxış etmiş Ayaz Mehdiyevlə 2 illik müqavilə imzalayıb.

22 yaşlı futbolçu yeni komandasında 25 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Sumqayıt" bu gün daha bir futbolçunu - "Zirə"dən Elnur Abdullayevi transfer edib.


Digər xəbərlər

Xəbər xətti