"Xəzər Lənkəran" хorvat futbolçulardan imtina etdi

18:27 31 İyul 2015

"Xəzər-Lənkəran"ın baxışa iki xorvat futbolçu çağırması barədə xəbər vermişdik. Həmin futbolçular Bakıya gələrək komandanın məşqlərində iştirak etməli və baş məşqçi Yunis Hüseynovun etimadını qazanmağa çalışmalı idi.

Sportarena.az xəbər verir ki, adları açıqlanmayan həmin futbolçular ölkəmizə gəlməyəcək. Buna səbəb onların baxışa gəlməkdən imtina etməsi və birbaşa müqavilə bağlamaq istəməsi olub. Yunis Hüseynov isə heç bir futbolçunu iş başında görmədən müqavilə bağlanmasını istəmir.

"Xəzər-Lənkəran"ın bundan sonra heyətinə yeni futbolçu qatıb -qatmayacağı bilinmir. Transfer pəncərəsinin sonuna qədər uyğun futbolçu tapılsa, heyətə qatılacaq. (fanat.az)


Xəbər xətti