"Qarabağ" - "Seltik" oyununa biletlər nə vaxt satışa çıxacaq ? - KLUBDAN RƏSMİ AÇIQLAMA

19:05 31 İyul 2015

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ" və "Seltik" komandaları arasında baş tutacaq oyunun biletləri bu həftə satışa çıxır.

Sportarena.az xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov anspress-ə məlumat verib. Onun sözlərinə görə, avqustun 2-si biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışa çıxarılacaq.

Biletlərin qiyməti sektorlardan asılı olaraq 1-10 AZN arasında dəyişəcək. VİP sektorda matçı izləmək istəyənlər isə 50 AZN-dən keçməli olacaq.Hər bir azarkeş maksimum 3 bilet ala bilər.


Digər xəbərlər

Xəbər xətti