"Qarabağ" - "Seltik": təyinatlar açıqlandı

11:20 1 Avqust 2015

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" (Azərbaycan) - "Seltik" (Şotlandiya) matçının hakimləri açıqlanıb. Sportarena.az xəbər verir ki, görüşü isveçli referi Martin Strömbergsson idarə edəcək.

 

Ona Daniel Qustavsson, Stefan Hallberg, Yohan Hamlin kömək edəcək.

 

Qeyd edək ki, qarşılaşma 5 Avqust saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti