"Seltik": "Qarabağ"dan əvvəl "Ross Kaunti"

13:43 1 Avqust 2015

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi "Seltik" Bakıya yorğun gələcək. Sportarena.az xəbər verir ki, buna səbəb Şotlandiyada bu gün yeni mövsümün start götürməsidi.

 

"Seltik" 2015/2016 mövsümünə ev sınağı ilə start verəcək. Komanda doğma azarkeşləri önündə "Ross Kaunti" ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 16:45-də başlayacaq.

 

Qeyd edək ki, "Seltik" avqustun 5-də Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq. Bu komandalar arasında baş tutan ilk görüşdə "Seltik" 1:0 hesabı ilə qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti