"Qəbələ" - "Apollon": biletlərin satışa çıxarılacağı tarix açıqlandı

15:55 1 Avqust 2015

"Qəbələ" Avropa Liqasının III təsnifat mərhələsinin "Apollon"la cavab matçı üçün biletlərin satışa çıxarılacağı tarixi açıqlayıb. Klubdan Sportarena.az-a verilən məlumata görə, biletlər avqustun 3-dən etibarən satışda olacaq. Klub rəhbərliyi "Bakcell Arena"dakı oyun üçün 10000-dən çox bilet sifariş edib.

 

Qiymətlər isə olduğu kimidi: 1, 2, 5 və 10 manat.

 

Qeyd edək ki, "Qəbələ" - "Apollon" görüşü ayın 6-sə, saat 21:00-da başlayacaq.


Xəbər xətti