Braziliyalı futbolçu "Qarabağ"dan getdi

16:36 1 Avqust 2015

2015-2016-cı il mövsümlərarası fasilədə 10 futbolçu transfer edən “Qarabağ”da bir neçə futbolçuyla da yollar ayrılıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2014-2015-cü il mövsümündə Ağdam təmsilçisinin formasını geyinmiş braziliyalı yarımmüdafiəçi Danilo Diasla müqaviləyə xitam verilib.

 

30 yaşlı futbolçunun müqaviləsi 2016-cı ilin yayında başa çatacaqdı.


Xəbər xətti