Qriqorçuk yeni transferlər istəyirmi?

17:20 1 Avqust 2015

Avropa Liqasında ölkəmizi layiqincə təmsil edən "Qəbələ" "Apollon" səddini keçəcəyi təqdirdə qrup mərhələsinin bir addımlığında olacaq. Bəs görəsən komandanın baş məşqçisi Roman Qriqorçuk daha böyük hədəf üçün rəhbərlikdən yeni futbolçular alınmasını istəyibmi?

Məsələyə aydınlıq gətirən klubun baş meneceri Zaur Əzizov Sportarena.az saytına açıqlamasında hələlik gündəmdə yeni oyunçu transferi olmadığını bildiribv:

"Hələ ki, gündəmdə belə bir şey yoxdu. Əgər ehtiyac olarsa, baş məşqçi bu barədə bizə məlumat verəcək".


Xəbər xətti