"Atletik" Bakıya ciddi itki ilə gələcək

18:12 1 Avqust 2015

Avropa Liqasının 3-cü təsnifat mərhələsində “İnter”in rəqibi olan “Atletik” Bakıya ciddi itki ilə gələ bilər. Sportarena.az xəbər verir ki, Bilbao təmsilçisi cavab oyunu öncəsi aparıcı futbolçusunu itirib.

 

Belə ki, "İnter"lə ilk oyunun birinci hissəsində zədələnən Ander İturraspe cavab görüşünü buraxa bilər. Onun sıraya nə vaxt dönəcəyi məlum deyil.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 6-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti