"Seltik"in qapıçısı "Qarabağ"dan çəkinir: "Mütləq qol vurmalıyıq"

18:31 1 Avqust 2015

"İlk oyunda qapımızı toxunulmaz saxlaya bildik. Bu, bizim üçün çox vacib idi. Üstəlik, qələbə qazandıq. Əminəm ki, səfərdə də qol vurmağı bacaracağıq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşündə "Qarabağ" üzərində qələbə qazanan "Seltik"in qapıçısı Kreyq Qordon deyib. Qolkiper Bakıdakı cavab oyunu öncəsi Ağdam klubu haqda xoş sözlər söyləyib:

 

"Seltik" güclü rəqibə qarşı mübarizə apardı. Bu komanda bizimlə görüşdə də necə səviyyəli rəqib olduğunu göstərdi. Əla texniki göstəricilərə malikdirlər. Topla çox yaxşı davranırlar, səliqəli oynayırlar".

 

Qordonun cavab oyununun çətin keçəcəyini söyləyib: "Cavab oyunu daha çətin keçəcək. Bu komandanı keçmək üçün xüsusilə müdafiə xəttində çox diqqətli və ağıllı oynamalıyıq".

 

Mərhələ adlayacaqlarına inandığını bildirən qapıçı səfərdə qol vurmağın vacibliyini xüsusi qeyd edib: "Minimal hesabla qalib gəlsək də, bu, elə də böyük üstünlük sayıla bilməz. Ona görə də səfərdə "Qarabağ"a mütləq qol vurmalıyıq. Meydana hansı futbolçuların çıxmasından asılı olmayaraq, buna çalışmaq lazımdır. "Qarabağ" bizə qol vura biləcək gücdə olduğunu göstərdi. Bu üzdən biz də cavab matçında qol vurmaq haqda düşünməliyik".


Digər xəbərlər

Xəbər xətti