"Zirə"də gözlənilən transfer rəsmiləşdi

00:01 2 Avqust 2015

“Zirə” növbəti transferini həyata keçirib. Sportarena.az klubun saytına istinadən xəbər verir ki, monteneqrolu İqor İvanoviçlə 2 illik müqavilə bağlanıb.

 

Qeyd edək ki, 24 yaşlı yarımmüdafiəçinin son klubu “Rudar” olub. Komandası ilə ötən mövsüm Monteneqro çempionluğunu qazanan İqor 13 qolla bombardirlər siyahısında 2-ci yeri tutub.


Xəbər xətti