"Qəbələ" - "Apollon" oyunu canlı yayımlanacaq

12:35 2 Avqust 2015

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qəbələ" Bakıda "Apollon"u qəbul edəcək. Sportarena.az xəbər verir ki, "Bakcell Arena"da baş tutacaq qarşılaşma "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.

 

Qeyd edək ki, oyun saat 21:00-da başlayacaq. Komandalar arasında Kiprdə baş tutan görüş 1:1 hesabı ilə başa çatmışdı.


Digər xəbərlər

Xəbər xətti