"Kəpəz" 4 legionerlə gücləndi

12:51 2 Avqust 2015

"Kəpəz" heyətini 4 legionerlə gücləndirib. Sportarena.az xəbər verir ki, Gəncə təmsilçisi ukraynalı hücumçu Oleksandr Sytnik, brazilyalı yarımmüdafiəçi Martins Junior Osvaldo Jose, portuqaliyalı cinah yarımmüdafiəçisi Da Silva Junior Dario Frederiko və litvalı qolkiper Tadas Simaitisi heyətinə cəlb edib.

 

Klubdan verilən məlumata görə, bu futbolçularla bir illik müqavilə bağlanılıb.

 

Əcnəbilər Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olarkən baxış üçün düşərgəyə dəvət olunub. Məşqçilər korpusu onları yoxlama oyunlarında sınaqdan keçirib.

 

Legionerləri Bakıda bir daha gözdən keçirən baş məşqçi Şahin Diniyev əcnəbilərdən razı qalıb.


Digər xəbərlər

Xəbər xətti