"Apollon" Cavid Hüseynovu UEFA-ya şikayət etdi

13:10 2 Avqust 2015

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qəbələ" ilə bacarmayan "Apollon" komandamızın üzvü Cavid Hüseynovun cəzalanmasını istəyir. Sportarena.az xəbər verir ki, bu haqda Kiprin "cyprusscore.com" saytı məlumat yayıb. İddiaya görə, klub rəhbərliyi bununla bağlı artıq UEFA-ya müraciət edib.

 

Saytın xəbərində Cavidin fikirlərinə də yer verilib. Hüseynovun bu hərəkəti tribunalarda Azərbaycan bayrağının cırılmasına görə etdiyi qeyd olunub.

 

Çox güman ki, "Apollon" tərəfi UEFA tərəfindən gələcək mümkün sanksiyanın qarşısını almaq üçün bu addımı atıb. Çünki klub rəhbərliyi oyunun dayanmasına səbəb olan yerli azarkeşlərin hərəkəti futbolçumuzun jesti ilə əlaqələndirib.


Digər xəbərlər

Xəbər xətti