Azarkeşlər "Seltik"in "Qarabağ"ı keçəcəyinə inanır

14:04 2 Avqust 2015

"Seltik" azarkeşləri komandalarının Çempionlar Liqasının III təsnifət mərhələsində "Qarabağ"la Bakıdakı cavab oyununda da yaxşı nəticə qazanacağından ümidlidir. Sportarena.az xəbər verir ki, fanatlar sevimli komandalarını növbəti mərhələdə görürlər.

 

Tərəfdarlar arasında keçirilən sorğunun nəticələri bunu deməyə əsas verir. "Dailyrecord.co.uk" saytının "Seltik" "Qarabağ"ı keçə biləcəkmi" sualına azarkeşlərin böyük əksəriyyəti "bəli" cavabını verib. Belə ki, 67 faiz komandanı "play-of"da görür. 33 faiz isə "Seltik"ə inanmır.


Digər xəbərlər

Xəbər xətti