"Seltik"i qorxudan 2 məqam: isti hava və stadion

11:46 3 Avqust 2015

Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la cavab oyunu öncəsi Bakıdakı vəziyyət "Seltik" tərəfinin narahatçılığına səbəb olub. Sportarena.az xəbər verir ki, Şotlandiya klubu ölkəmizdə hökm sürən anormal istilərdən və stadionun vəziyyətindən narahatdı.

 

Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün 30 faizinin yararsız vəziyyətə düşməsi artıq qonaqlara da məlumdu. İki gün öncə nümayəndəsini Bakıya göndərən klub rəhbərliyi arenanın vəziyyətindən xəbərdardı. "Qarabağ" rəhbərliyi oyun gününə qədər hər şeyin qaydasına düşəcəyini söyləsə də, şotlandlar narahatlıqlarını gizlədə bilmirlər.

 

"Seltik"i qorxudan digər məqam isə havanın həddindən artıq isti olmasıdı. Bu cür hava şəraitində oynamağa alışmayan komandanın çətinliklə üzləşəcəyini klub rəsmiləri də bəyan ediblər.


Digər xəbərlər

Xəbər xətti