"Xəzər Lənkəran"dan azarkeşlərə jest

11:56 3 Avqust 2015

"Xəzər Lənkəran" Futbol Klubu 2015/2016-cı il futbol mövsümü üçün abunə kartlarının satışına başlayır.

 

Sportarena.az xəbər verir ki, mövsümlük abunə kartlar 3 növdədir:


Standart kart – 40 AZN
- stadiona VİP girişdən daxil olmaq;
- 2015/2016-cı il futbol mövsümü üçün tribunalarda müəyyən edilmiş oturacaqlardan istifadə etmək.


Gümüş kart – 140 AZN
- stadiona VİP-girişdən daxil olmaq;
- 2015/2016-cı il futbol mövümü üçün VİP-B tribunasında oturacaq;
- fan-şopda endirim.


Qızıl kart - 200 AZN
- stadionun ərazisində avtomobil dayanacağından istifadə etmək;
- stadiona VİP-girişdən daxil olmaq;
- 2015/2016-cı il futbol mövsümü üçün VİP-A tribunasında oturacaq;
- klubun rəsmi tədbirlərində iştirak etmək hüququ;
- fan-şopda endirim.

 

Və yalnız bu həftə ərzində abunə kartları üçün müraciət edən şəxslər Standart və Gümüş kartları endirimlə əldə edə bilər. Belə ki, 9 avqust tarixinə qədər Standart kart 29 manata, Gümüş kart isə 129 manata satılacaq.

 

Satış məntəqəsi: “Xəzər Lənkəran” Mərkəzi Stadionu.


Qeyd: Abunə kartları əldə etmək üçün stadionda yerləşən satış mərkəzinə şəxsiyyət vəsiqəsinin surəti ilə yaxınlaşmalı olan şəxslər mövsümlük kirayələcəyi oturacağı da qeyd etdirməlidir.


Digər xəbərlər

Xəbər xətti