"Qarabağ" bilet satışını bərpa etdi - FOTOLAR

12:08 3 Avqust 2015

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Seltik" qarşılaşmasının biletlərinin satışı bu gün bərpa olunub.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, "Qarabağ" tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib və kassa ətrafına polis briqadaları yerləşdirilib.

 

Eyni zamanda klub işçiləri və könüllülərdən ibarət gənclər satışa nəzarət edir və azarkeşlərin sıra ilə bilet almasını təmin edir.

 

"Qarabağ" rəhbərliyi vətəndaşlardan xahiş edib ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar.

 


Digər xəbərlər

Xəbər xətti