"Seltik" Bakıya nə vaxt gələcək?

12:20 3 Avqust 2015

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Seltik"in Bakıya gələcəyi tarix müəyyənləşib. Sportarena.az xəbər verir ki, Şotlandiya təmsilçisi bu gün ölkəmizə yola düşəcək. Komandanın 6 saatlıq uçuşdan sonra paytaxtımızda olacağı gözlənilir.

 

Qeyd edək ki, "Qarabağ" - "Seltik" oyunu avqustun 5-də keçiriləcək.


Xəbər xətti