"Cavab görüşündə ehtiyatlı oynamalıyıq"

13:37 3 Avqust 2015

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli Britaniya mətbuatına açıqlama verib. Sportarena.az xəbər verir ki, Çempionlar Liqasının III təsnifat mərhələsinin "Seltik"lə ilk oyunundan danışan albaniyalı cinah oyunçusu səfərdə pis oynamadıqlarını bildirib:

 

"Seltik Park"da bacarığımızı nümayiş etdirdik. Oyuna nəzarət etdik və yaxşı oynadıq".

 

Cavab matçı barədə də danışan təcrübəli futbolçu ehtiyatlı olacaqlarını söyləyib: "İlk görüşdə oyuna diktə etdik. Lakin qol imkanlarını boşa verdik. "Seltik" təhlükəli idi. Ancaq biz də onlardan geri qalmırdıq. Cavab görüşündə ehtiyatlı oynamalıyıq".

 

Qeyd edək ki, avqustun 5-də keçiriləcək "Qarabağ" - "Seltik" oyunu saat 21:30-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti