Azərbaycan - Xorvatiya matçının biletləri satışda

14:36 3 Avqust 2015

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Xorvatiya oyununun biletləri satışa çıxarılıb. Sportarena.az xəbər verir ki, sentyabrın 3-də, “Bakcell Arena”da baş tutacaq matçın biletləri oyunun keçiriləcəyi stadionun kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.

 

Bundan başqa, biletlərin onlayn satışına da start verilib. Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 AZN-dir.


Digər xəbərlər

Xəbər xətti