"UEFA-dan Cavidlə bağlı bizə məlumat daxil olmayıb"

15:05 3 Avqust 2015

"UEFA-dan Cavid Hüseynovla bağlı bizə hər hansı məlumat daxil olmayıb. Onun cəza alıb-almayacağını bilmirik. Sadəcə, gözləyirik".

 

Bu sözləri Sportarena.az saytına açıqlamasında "Qəbələ"nin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev deyib. Klub rəsmisi hazırda bütün diqqətlərini yalnız "Apollon"la cavab oyununa yönəltdiklərini bildirib:

 

"Hazırda bütün diqqətimiz cavab oyunundadı. Yalnız matç barədə düşünürük. Komanda hazırlıqlarını davam elətdirir. Bütün komanda ayın 6-dakı oyuna köklənib".

 

Qeyd edək ki, Avropa Liqasının III təsnifat mərhələsinin "Qəbələ" və "Apollon" klubları arasındakı cavab oyunu avqustun 6-sı, saat 21:00-da "Bakcell Arena"da keçiriləcək.


Xəbər xətti